• Bakı 15° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Smartfon ekranının alt hissəsinə yerləşdirilən ikili ön kamera texnologiyası hazırlanır

CƏMİYYƏT

27 Sentyabr 2022 | 05:30

Smartfon ekranının alt hissəsinə yerləşdirilən ikili ön kamera texnologiyası hazırlanır

Smartfon istehsalçılarının bir hissəsi öz məhsullarının ekranlarında müxtəlif çıxıntı hissə ilə təcrübələr apardığı bir vaxtda digər hissəsi isə ön kameranı öz məhsullarında ekranların alt hissələrinə yerləşdirir. 

Bakıvaxtı.az xəbər verir ki, Samsung şirkəti bu məsələdə yeni səviyyəyə yüksəlməyi hədəfləyib. Belə ki, şirkət smartfon ekranının alt hissəsinə yerləşdirilən ikili ön kamera texnologiyasını patentləşdirib. Ortaya çıxmış dokumentasiyaya əsasən Samsung bu texnologiyanı üz tanıma sisteminin təkmilləşdirilməsində istifadə etməyi planlaşdırır.

Patentləşdirilmiş texnologiyanın əsas məğzi kamera sensorlarından birinin məsələn ekranın alt hissəsinə yerləşdirilməsindədir. Bunun sayəsində istifadəçinin üz təsviri iki müxtəlif rakursdan əldə olunacaq. Bu isə öz növbəsində istifadəçi üzünün dəqiq 3D modelinin tərtib olunmasına şərait yaradacaq (technote.az). Güman olunur ki, Samsung bu texnologiyanı yeni qatlana bilən smartfonlarında istifadə edəcək. Lakin bunun nə zaman baş verəcəyi barəsində dəqiq bir məlumat yoxdur.


SON XƏBƏRLƏR

25 Aprel 2024