• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bu şirkətlər işçilərinə sərvət ödəyir

MULTİMEDİA

20 Sentyabr 2021 | 19:45 | Müəllif: Subhan Mahmudov

Bu şirkətlər işçilərinə sərvət ödəyir

Büdcəsi yüksək olan dünyaca məşhur texnologiya şirkətləri işçilərinə olduqca yüksək maaş verir.

Bakıvaxtı.az xəbər verir ki, Quql şirkətində işləyən bir proqram mühəndisi hər il 353-475 min dollar arasında qazana bilir.

Bu şirkətdə çalışan baş mühəndisin gəliri isə 650 min dollara qədərdir. Məşhur Amazonda bulud hesablaması aparan bir işçi ildə 90-185 min dollar arasında gəlir əldə edir.

Əplın marketinq bölməsində çalışan işçi ildə 325 min dollara qədər qazana bilər.

Sosial media nəhəngi sayılan Feysbukda isə mühəndis ildə 330 min dollara yaxın gəlir əldə edir.

Maykrosoft şirkəti bir proqram mühəndisinə hər il 250-300 min dollar maaş ödəyir.

Bəzi ölkələrdə geniş istifadə olunan Uber nəqliyyat proqramı baş mühəndislərə illik təxminən 150 min dollar maaş verir.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026