• Bakı 18° C

    5.35 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Bu ştatda meyitlər gübrə kimi istifadə olunacaq

DÜNYA

02 Yanvar 2023 | 19:18 | Müəllif: Subhan Mahmudov

Bu ştatda meyitlər gübrə kimi istifadə olunacaq

Yanvarın 1-də Nyu York ştatının qubernatoru insan qalıqlarının kompostlanmasını qanuniləşdirib.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, bununla da Nyu York ABŞ-də insan qalıqlarının təbii üzvi azaldılmasını qanuniləşdirən altıncı ştat olub.

Qanunu ştatın qubernatoru, demokrat Keti Hoçul imzalayıb.

Kompostlama kimi tanınan bu alternativ dəfn üsulu müəyyən qayda ilə aparılır. Əvvəlcə mərhumun cəsədi ağac yonqarları, yonca və saman kimi bitki materialı ilə birlikdə təkrar istifadə edilə bilən konteynerə yerləşdirilir. Üzvi qarışıq təxminən bir ay ərzində bütün bədən toxumalarını effektiv şəkildə parçalayan təbii mikroblar üçün ideal yaşayış mühiti yaradır.

Nəticə təxminən 0,75 kubmetr qida ilə zənginləşdirilmiş torpaq gübrəsi yaranır ki, bu da təxminən 36 kisə torpaq üçün kifayətdir.

Boş ərazinin az olduğu Nyu-Yorkun rəhbərliyi bunu adi dəfn üçün yaxşı alternativ kimi görür.

Lakin ştatın yepiskoplarının təmsil etdiyi Nyu-York Ştat Katolik Konfransı qanun layihəsinə qarşı çıxıb. Din xadimlərinin fikrincə, insan orqanizmi tərəvəzlə eyni deyil.

Qeyd edək ki, insan kompostunu daha əvvəl qanuniləşdirən ilk ştatlar 2019-cu ildə Vaşinqton, 2021-ci ildə Kolorado və Oreqon, 2022-ci ildə Vermont və Kaliforniya olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026