• Bakı 21° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

İş adamının qızı Londondakı evində ölü tapıldı

DÜNYA

01 Fevral 2023 | 18:25 | Müəllif: Subhan Mahmudov

İş adamının qızı Londondakı evində ölü tapıldı

Türkiyədə cəmiyyətin məşhur simalarından Aslı Çetiner və iş adamı Tahsin Çiftkurtun 24 yaşlı qızı Leyla Çiftkurt İngiltərənin paytaxtı Londondakı evində ölü tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, Leyla Çiftkurtun Londonda universitet tələbəsi olduğu bildirilir.

Aslı Çetiner iki gün Leyladan xəbər ala bilməyib və Londonda təhsil aldığı universitetlə əlaqə saxlayıb. Universitetdən Leylanın dərslərə gəlmədiyi bildirilib. Bu halda Çetiner qızının dostlarından kömək istəyib.

Leylanın dostları polisin müşayiəti ilə onun evinə daxil olduqda şok yaşayıblar. Leyla öz evində ölü tapılıb.

Aslı Çetiner Londona uçub. Polis hələ ki Leylanın müəmmalı ölümü ilə bağlı açıqlama verməyib. Lakin onun intihar edə biləcəyi ilə bağlı xəbərlər yayılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026