• Bakı 9° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Bu yollar buz bağlayıb

CƏMİYYƏT

20 Yanvar 2022 | 15:30 | Müəllif: Qalib İbrahimoğlu

Bu yollar buz bağlayıb

Azərbaycanın əsas magistrallarının bəzi hissələri buz bağlayıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Verilən məlumata görə, yağıntı davam edir.

Qeyd olunub ki, Bakı-Şamaxı avtomobil yolunun 65-104 kilometrlik və yolun Qobustan rayonu ərazisindən keçən hissəsi, Giləzi - Xızı avtomobil yolunun, o cümlədən İsmayıllı-Qəbələ avtomobil yolunun bəzi hissələri buz bağlayıb. Yolların buz bağlamış hissələrində buzlaşmaya qarşı müvafiq tədbirlər görülür, qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.

Muğanlı-İsmayıllı avtomobil yolunda da yağıntı intensiv şəkildə davam edir, 3 dərəcə şaxta var. Ərazidə yolun buz bağlamış hissələrinə qum-duz səpilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR