Türk klassik musiqisinin “Diva”sı Bülent Ersoy bir müddət əvvəl konsertdən əvvəl xəstələnib. Həkimi çıxış edəcəyi məkana çağırılan Bülent Ersoy yalnız razılıq aldıqdan sonra səhnəyə çıxa bilib.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xatırladır ki, məşhur müğənni bir müddət əvvəl səhnə qarşısında yıxılıb.
Son paylaşımında 2021-ci ildə “Barbie” trendinə başladığını iddia edən “Diva” ləqəbli Ersoy axırıncı konsertində də çəhrayı geyinib.
Parikindən dırnaqlarına qədər çəhrayı geyinən Ersoy “Barbie” boyunbağı da taxaraq səhnədə bir-birinin ardınca sevilən mahnılarını ifa edib. Ersoyun çəhrayı geyinməsi qısa zamanda sosial mediada trend mövzusuna çevrilib.
"Həmişə olduğu kimi dəbdən qabaqdayam, dəbdə də ön sıralardayam. İlk həyata keçirən mənəm. 2021 və “Barbie trendi", - deyə Bülent Ersoy paylaşımında bildirib.
Nərgiz Məmmədli

















