• Bakı 17° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Bulvarda gəmidə gəzintiyə niyə icazə verilmir? - AÇIQLAMA

Gündəm

15 Aprel 2024 | 16:32

Bulvarda gəmidə gəzintiyə niyə icazə verilmir? - AÇIQLAMA

Hazırda Xəzər dənizinin səviyyəsinin enməsi və suyun sahildən geriyə çəkilməsi ilə əlaqədar Bakı şəhərinin Dənizkənarı Milli Parkında gəzinti gəmiləri müvəqqəti olaraq işləmir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, gəzinti gəmiləri dənizdə suyun səviyyəsinin enməsi ilə əlaqədar 2022-ci ilin oktyabrından fəaliyyətini dayandırıb: “Gəmilər texniki baxışdan keçirilib, heç bir texniki nasazlıq yoxdur. Sadəcə olaraq sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırda gəzinti gəmilərinin işləməsi qeyri-mümkündür”.


SON XƏBƏRLƏR