• Bakı 28° C

    9.04 m/s

  • USD - 1.7

    EUR - 1.9842

    RUB - 2.1251

Bulvarda məhdudiyyətlər tətbiq olunacaq - Bildirişlər göndərilir

CƏMİYYƏT

12 Avqust 2025 | 10:57

Bulvarda məhdudiyyətlər tətbiq olunacaq - Bildirişlər göndərilir

Sosial şəbəkələrdə bu gündən etibarən bulvar ərazisində müvəqqəti məhdudiyyətlər tətbiq ediləcəyi ilə bağlı məlumatlar yayılıb.

Bakıvaxtı.az-ın Operativ Media-ya istinadən məlumatına görə, bu barədə ölkədə fəaliyyət göstərən bəzi skuter tətbiqləri vətəndaşlara bildiriş göndərib.

Məlumata görə, Formula 1 yarışları başlamazdan bir neçə gün əvvəl bulvar ərazisində müvəqqəti məhdudiyyətlər tətbiq olunur. Bu zaman isə Dənizkənarı Bulvar İdarəsi tərəfindən əhaliyə əvvəlcədən məlumat verilir.


SON XƏBƏRLƏR

11 Avqust 2025