"Rusiyanın bir sıra ictimai-siyasi və media dairələrindən ölkəmizə yönəlik təxribatlara yol verilir".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, belə ki, biri Bakıya raket zərbələri endirməyi, biri haqq-hesab çəkməyi, o birisi hədə-qorxu gəlir: "Bunlar başa düşmür ki, danışıq və ümid qapısı Türkiyə və Azərbaycandır. Başa düşmür ki, bu ilin fevral ayında Azərbaycan və Rusiya prezidentləri arasında 43 maddədən ibarət müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməsi imzalanıb".
Deputat deyib ki, bunların müttəfiqliyə münasibəti belədirsə, biz onlara necə güvənək?
"Rus jurnalisti təəccüblənir ki, Bakı pəncərələrində Türkiyə və Pakistan bayrağı var, niyə bir dənə də olsun rus bayrağı yoxdur? Bu suala cavab hər kəsə aydındır, sualı verən rus jurnalistinə də. Biz müttəfiqlik bəyannaməsinə xələl gətirən, açıq-aşkar terrora və kütləvi insan təlafatına aparan çağırışlar edən Rusiyanın vəzifəli, ictimai və media şəxslərinə qarşı Rusiya dövləti tərəfindən daha təsirli tədbirlərin görülməsini tələb edirik”, - deyə Razi Nurullayev qeyd edib.
Nuranə Daxilqızı
















