• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Buraxılış imtahanlarında aşağı nəticə: Səbəb nədir?

CƏMİYYƏT

13 Aprel 2022 | 19:11 | Müəllif: Qalib İbrahimoğlu

Buraxılış imtahanlarında aşağı nəticə: Səbəb nədir?

Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 12-13 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub. Ancaq nəticələr heç də ürəkaçan deyil. Onbirincilərdən heç kəs maksimum bal  - 300 balı toplaya bilməyib. Üç nəfərsə 297.5 bal toplayıb.

Qeyd edək ki, martın 5-6-da keçirilən buraxılış imtahanında isə cəmi 2 nəfər maksimum bal toplayıb. Bəs şagirdlərin buraxılış imtahanında belə aşağı nəticə göstərməsinin səbəbi nədir?

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a bildirib ki, Azərbaycanda cari ildə 11-ci siniflər üçün buraxılış imtahanları mart ayının 5-i və 6-dan etibarən keçirilib: “Ümumilikdə, imtahanların bu qədər tez keçirilməsi özü ilə müəyyən problemləri gətirəcəyi bəlli idi. Bildiyiniz kimi, 5, 6, 11 və 12 mart tarixlərində keçirilən imtahanların nəticələri bir ay vaxt keçdikdən sonra açıqlandı. Əlbəttə, biz təkcə 5-6 martda keçirilən imtahanların nəticələrinə baxanda görürük ki, apellyasiya şikayət verənlərin sayı 6 min nəfərdən çoxdur. Bu, onu göstərir ki, imtahan nəticələrinin yoxlanılması zamanı müəyyən qədər pozuntulara yol verilib. Yoxlayıcı markerlər öz işlərinin öhdəsindən gəlməyiblər. Digər tərəfdən, 5-6 martda keçirilən imtahan nəticələri ilə 12-13 martda keçirilən imtahan nəticələri açıqlandıqdan sonra gördük ki, 1-ci imtahanda iki şagird maksimum bal toplamışdısa, digər imtahanda tam bal toplaman olmadı. İkinci imtahanda ən yüksək bal 297 oldu”.

Ekspertin sözlərinə görə, bu, onu göstərir ki, imtahanlar arasında səviyyə fərqi var: “Təbii ki, nəticələrin belə olması imtahanların tədris ili başa çatmamış keçirildiyi üçün baş verdiyini də düşünürük. Hazırda ortaümum təhsil müəssisələrində təhsil davam edir. Nəticəyə bilavasitə proqramın başa çatmaması, şagirdlərin tam olaraq proqramı mənimsəməməsi öz təsirini göstərir”.

K.Əsədov bu il keçiriləcək qəbul imtahanlarından 700 bal toplanılacağını da güman etmir: “İmtahanların vaxtları, pandemiyanın ölkədə yaratdığı çətinliklər imtahanlarda öz təsirini göstərəcək. İnanıram ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarındakı texniki səhvlər nəticələrə bilavasitə öz təsirini göstərəcək. Gələcəkdə buraxılış və qəbul imtahanlarından sutasiya tipli sualların çıxarılması zərurəti yaranır. Çünki bu sualların yoxlanılması zamanı müəyyən qədər insan faktoru var. İnsan faktoru olan yerdə də texniki səhvlərin olması gözləniləndir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR