• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Buster" dozadan sonra halsızlıq, qızdırma normaldırmı?

CƏMİYYƏT

01 Fevral 2022 | 10:16 | Müəllif: Qalib İbrahimoğlu

"Buster" dozadan sonra halsızlıq, qızdırma normaldırmı?

Artıq ikinci vaksinin müddətindən 6 ay keçən hər kəs 3-cü doza vaksin vurdurur. Ancaq əksəriyyət "buster" dozadan sonra qolunda keyimə olduğunu, hərarətin yüksəldiyini və özünü çox pis hiss etdiyini iddia edir.

Karantin xəstəxanasının baş direktoru Emin Hüseyn bununla bağlı Bakıvaxtı.az-a bildirib ki, hər vaksin vurduran adamda temperatur qalxmır və hər vaksindən sonrakı qızdırmanı da peyvəndə bağlamaq olmaz:

“İstənilən bir vaksin vurularkən maksimum iki gün yerli reaksiya müşahidə oluna bilər, yəni yüngül ağrı və qızartı ola bilər. Həmçinin, bədəndə qızdırma, halsızlıq kimi ümumi əlavə simptomlar müşahidə oluna bilər. Bu da vaksinin qısamüddətli əlavə təsirləridir. Amma vaksinin daha böyük təhlükələrdən qoruyan bir vasitə olduğunu nəzərə alsaq, yüngül narahatlıqları gözə alıb özümüzü daha böyük təhlükədən qorumağı bacarmalıyıq”.

Həkimin sözlərinə görə, əgər yerli qızartı, qaşınma formasında allergik reaksiyadırsa, 1-2 gün allergiya əleyhinə antihistamin preparatlarından istifadə olunmalıdır: “Yox, əgər yüngül ağrı və ya qızdırmanın qalxması müşahidə olunursa, temperatur 38 dərəcəyə çatarsa, iltihab əleyhinə dərmanlardan istifadə edib həm ağrını götürmək, həm də qızdırmanı aşağı salmaq olar. Amma yenə də qeyd edirəm ki, bu hallar hər kəsdə müşahidə olunmur. Müşahidə olunanlarda da maksimum bir-iki gün çəkir".

E. Hüseyn öz təcrübəsindən ciddi narahatlıq yaradan hal müşahidə etmədiyini vurğulıayıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026