Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu oktyabrın 9-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) sədrlərinin toplantısında iştirak edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən məlumat verilib.
Qeyd olunub ki, Strasburqda keçiriləcək iclasda Avropanın üzləşdiyi çağırışlar və Avropa Şurasının gələcəyi ilə bağlı qeyri-rəsmi müzakirələrin aparılması nəzərdə tutulur.
















