BMT-nin Baş Assambleyasının qərarına əsasən hər il martın 22-si Ümumdünya Su Günü kimi qeyd olunur.
Bakıvaxtı.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev dünya miqyasında bu günün keçirilməsində məqsədin su ekosistemlərinin mühafizəsinə diqqəti artırmaq, suya qənaəti təşviq etməklə hər kəsi lazımi miqdarda təmiz su ilə təmin etmək və su ehtiyatlarının səmərəli idarə edilməsi olduğunu deyib.
"Planetimizin hər nöqtəsində olduğu kimi Azərbaycanda da su ehtiyatlarının səmərəli idarə olunması çox vacib və aktual məsələdir, çünki ölkənin iqtisadiyyatında bu, böyük rol oynayır.
Əhalini, sənayeni, kənd təsərrüfatı və iqtisadiyyatın bir çox sahələrini su ilə təmin etmək məqsədilə çaylardan ildə 12 km3-dən çox su istifadə üçün götürülür. Götürülən suyun üçdə ikisi kənd təsərrüfatı məhsullarının suvarılmasında istifadə olunur", - o vurğulayıb.














jpg-1650526613.webp)

