• Bakı 22° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Çe Gevarını güllələyən hərbçi öldü

DÜNYA

11 Mart 2022 | 09:59

Çe Gevarını güllələyən hərbçi öldü

1967-ci il oktyabrın 9-da Kuba inqilabçısı Ernesto Çe Gevaranı öldürən boliviyalı istefada olan hərbçi Mario Teran Salazar ötən gün Boliviyanın Santa Kruz şəhərində vəfat edib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə "teleSUR" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, o, bir neçə il ərzində inkişaf edən ağciyər xəstəliyindən əziyyət çəkirdi. 80 yaşlı Salazarın ölüm xəbərini Çe Gevaranın tutulması əməliyyatına rəhbərlik edən istefada olan general Qari Prado da təsdiqləyib.

Xatırladaq ki, 1967-ci ildə Boliviya hərbi qulluqçuları ilə Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarının birgə xüsusi əməliyyatı nəticəsində Çe Gevara Boliviyada tutularaq güllələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR