• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Cəbrayıl Dövlətzadənin ailəsinə yeni mənzil verildi

GÜNDƏM

18 Mart 2021 | 11:03

Cəbrayıl Dövlətzadənin ailəsinə yeni mənzil verildi

Vətən müharibəsində xüsusi rəşadət göstərərək şəhid olan hərbi qulluqçu Cəbrayıl Dövlətzadənin ailəsinə yeni mənzil verilib.

Bakıvaxtı.az-ın məlumatına görə, yeni mənzil C.Dövlətzadənin ailəsinə təqdim edilib.

Qeyd edək ki, 19 yaşlı C.Dövlətzadə 2020-ci il sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub və İkinci Şəhidlər xiyabanında dəfn olunub.

Şəhid C.Dövlətzadə Vətən müharibəsində ermənilərin bir general və 2 polkovnikini təkbaşına məhv etdikdən sonra qəhrəmancasına şəhid olub. O, Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026