• Bakı 24° C

    5.03 m/s

Cəlilabadda bədbəxt hadisə: Yıxılan uşaq... - VİDEO

CƏMİYYƏT

14 Mart 2022 | 20:57 | Müəllif: Subhan Mahmudov

Cəlilabadda bədbəxt hadisə: Yıxılan uşaq... - VİDEO

Cəlilabadda bədbəxt hadisə baş verib. Belə ki, məktəbin idman zalında yıxılan uşaq komaya düşüb. Məsələnin təffərrüatlarını araşdırdıq.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən xəbər verir ki, məktəbdə hündürlükdən yıxıldı komaya düşdü. bədbəxt hadisə Cəlilabad şəhər 2 nömrəli məktəbin idman zalında qeydə alınıb. 

İlkin məlumata görə, 2009-cu il təvəllüdlü  Qasımov Əli Təyyar oğlu məktəbin idman zalında hündürlükdən yıxılıb. 

Uşağın yaxınlarının sözlərinə görə idman dərsi zamanı şagird topu götürərkən yıxılıb.

Cəlilabad Rayon  Təhsil şöbəsindən bildirdilər ki, hadisə günün ikinci yarsında  məktəbin idman zalında baş verib.Belə ki,Əli Qasımov basketbol toruna ilişən topu  götürməyə çalışarkən müvazinətini itirərək yıxılıb.Ağır xəsarətlər alan şagird Cəlilabad rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.Hazırda şagird  komadadır və süni tənəffüs aparatına qoşulub. Bakı şəhərindən xəstə üçün neyrocərrah də dəvət edilib. 

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026