• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Cəlilabadda qətl törədən şəxs saxlanıldı - VİDEO

HADİSƏ

28 Oktyabr 2023 | 11:33 | Müəllif: Subhan Mahmudov

Cəlilabadda qətl törədən şəxs saxlanıldı - VİDEO

Oktyabrın 24-də Cəlilabad şəhəri ərazisində Əhmədli Xaqani Mirnizami oğlunu vuraraq qəsdən öldürən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 1998-ci il təvəllüdlü Muradlı Böyükxan Elçin oğlu saxlanılıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, qətl hadisəsi oktyabrın 24-də törədilmişdi. Belə ki, X.Əhmədli aptekdən dərman alıb çıxarkən yol kənarında gözləyən gəncin hücumuna məruz qalıb. Ürək nahiyəsindən 2 ağır xəsarət alan 45 yaşlı şəxs xəstəxanada ölüb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026