• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çempionlar Liqasının finalı İrəvanda keçiriləcək

İDMAN

19 Dekabr 2023 | 20:50 | Müəllif: Subhan Mahmudov

Çempionlar Liqasının finalı İrəvanda keçiriləcək

UEFA Futzal üzrə Çempionlar Liqasının 2024-cü ildə baş tutacaq finalı Ermənistanda keçiriləcək.

Bakıvaxtı.az Offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə qitə futbol qurumu rəsmi məlumat yayıb. Ermənistan finalın keçirilməsi üçün namizədliyini verən Yunanıstan, Litva, Polşa, İspaniya və İsveçrə kimi ölkələri üstələyərək qalib olub və nəticədə həlledici matça ev sahibliyi edəcək.

Oyunlar İrəvanda yerləşən "Karen Dermiçyan Arena"da baş tutacaq. Yarımfinal oyunları mayın 3-də, 3-cü yer və final qarşılaşmaları isə mayın 5-də keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın bu turnirdə yeganə təmsilçisi "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəni dayandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026