• Bakı 16° C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Cənubi Koreya prezidenti Rusiya nümayəndə heyəti ilə görüşəcək?

SİYASƏT

27 Oktyabr 2025 | 12:40

Cənubi Koreya prezidenti Rusiya nümayəndə heyəti ilə görüşəcək?

Cənubi Koreya prezidenti Li Çje Myon hazırda Kyoncuda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti zamanı Rusiya nümayəndə heyəti ilə tam görüş keçirməyi planlaşdırmır. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Milli Təhlükəsizlik Agentliyinin üçüncü vitse-direktoru Oh Hyun-ju deyib.

Onun sözlərinə görə, Li Çje Myo ilə qeyri-prezident liderlərinin başçılıq etdiyi nümayəndə heyətləri arasında sammit çərçivəsində bütün ikitərəfli görüşlər APEC üzvlərinin xahişi ilə təşkil olunur:

"Rusiya tərəfdən belə bir sorğu almamışıq". 

Xatırladaq ki, oktyabrın 31-dən noyabrın 1-dək Cənubi Koreyanın Kyoncu şəhərində keçiriləcək sammitdə Rusiyanı baş nazirin müavini Aleksey Overçuk təmsil edəcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR