• Bakı 12° C

    14.25 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Cənubi Koreyada prezident seçkiləri bu tarixdə keçiriləcək

DÜNYA

08 Aprel 2025 | 14:46

Cənubi Koreyada prezident seçkiləri bu tarixdə keçiriləcək

Cənubi Koreya hökuməti sabiq prezident Yun Sok Yolun impiçmentindən sonra iyunun 3-də prezident seçkiləri keçirəcək.

Bakıvaxtı.az "Renhap"a istinadən xəbər verir ki, hökumət həmçinin iyunun 3-ü müvəqqəti istirahət günü elan edib.

Cənubi Koreya qanunları prezidentliyə namizəd olan dövlət məmurunun seçkiyə ən azı 30 gün qalmış istefa verməsini tələb edir. Məlumata görə, müxtəlif rəy sorğularında mühafizəkarlar blokunun prezidentliyə namizədlərinə liderlik edən əmək naziri Kim Mun Su istefa verməyə hazırlaşır. Kim Mun Su kabinetdəki vəzifəsini tərk etdikdən sonra prezident seçkilərinə genişmiqyaslı hazırlıqlara başlamağı planlaşdırır. Milli Seçki Komissiyası namizədlərin vaxtından əvvəl qeydə alınmasına başlayıb.

Prezidentliyə namizədlər mayın 11-dək qeydiyyatdan keçməlidirlər və rəsmi təşviqat dövrü mayın 12-dən başlayır.

Yeni seçilmiş prezident seçkilərin nəticələri elan edildikdən dərhal sonra vəzifəsinin icrasına başlayacaq.

Gülşən Şərif
 


SON XƏBƏRLƏR

16 Aprel 2025