• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Cənubi Koreyanın yeni dövlət başçısı vəzifəsindən AZAD EDİLDİ

DÜNYA

27 Dekabr 2024 | 14:22 | Müəllif: Əli Hüseynov

Cənubi Koreyanın yeni dövlət başçısı vəzifəsindən AZAD EDİLDİ

Cənubi Koreyada Milli Assambleyada keçirilən səsvermədə prezidentin səlahiyyətlərini icra edən baş nazir Han Duk Su istefaya göndərilib.

Bakıvaxtı.az bu barədə "Yonhap"a istinadla xəbər verir.

Məlumata görə, dekabrın 3-də qısamüddətli hərbi vəziyyət elan etdiyi üçün prezident vəzifəsindən uzaqlaşdırılan Yun Suk Yeolun yerinə baş nazir Han Duk-sunun istefaya göndərilməsi üçün Milli Məclisdə səsvermə keçirilib.  

Səsvermədə 192 deputat qərarın lehinə səs versə də, heç bir deputat əleyhinə səs verməyib.

Bununla da ölkə tarixində ilk dəfə olaraq parlament tərəfindən baş nazir vəzifəsindən azad edilib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026