• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ceyhun Bayramov Antoniu Quterrişə məktub göndərdi

SİYASƏT

29 Iyul 2023 | 14:05

Ceyhun Bayramov Antoniu Quterrişə məktub göndərdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Baş katibi Antoniu Quterrişə məktub göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə tviter səhifəsində yazıb.

Məktubda bildirilir ki, Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yardımı ilə Azərbaycanın Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin Laçın sərhəd-keçid məntəqəsindən sərbəst keçməsini təmin edir və bu keçid məntəqəsindən hər gün orta hesabla 25-30 nəfər keçir.

Məktubda daha sonra qeyd olunur ki, Azərbaycan paralel olaraq Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin humanitar ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi marşrutundan istifadə etməyi təklif edib və bunun üçün bütün lazımi şəraiti təmin etməyə hazır olduğunu bildirib.

Məktubda vurğulanır ki, Ermənistan tərəfi Azərbaycanın yardımından imtina etməkdə davam edir və bu, humanitar vəziyyətlə bağlı hazırkı manipulyasiyanın siyasi oyun olduğunu göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026