• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ceyhun Bayramov ilə Xusrav Noziri arasında telefon danışığı olub

SİYASƏT

31 Yanvar 2023 | 18:32 | Müəllif: Subhan Mahmudov

Ceyhun Bayramov ilə Xusrav Noziri arasında telefon danışığı olub

Xarici işlər naziri Ceyhun Bayramov ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri arasında telefon danışığı olub.

Bu barədə Bakıvaxtı.az-a Xarici İşlər Naizirliyindən məlumat verilib.

31 yanvar 2023-cü il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edərək ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş silahlı hücumu qətiyyətlə pisləyib, səfirlik əməkdaşının qətlə yetirilməsi ilə bağlı öz başsağlığını ifadə edib.

Beynəlxalq hüquq normalarının, o cümlədən "Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası"nın kobud pozuntusu olan bu aktı şiddətlə qınayan baş katib Xusrav Noziri, cinayətkarın qısa müddət ərzində məsuliyyətə cəlb edilməsinin zəruri olduğunu bildirib.

Qarşı tərəfə dəstəyə görə təşəkkür edən nazir Ceyhun Bayramov, səfirliyimizin 1 əməkdaşının həyatını itirməsi, 2 nəfərin isə yaralanması ilə nəticələnən bu xain terror aktını törədənlərin və onların havadarlarının ədalət qarşısında cavab verməsi üçün tərəfimizdən bütün lazımi tədbirlərin görüləcəyini qeyd edib. Bu cür hücumların qarşısının alınması üçün qəbul edən tərəfin öhdəliyə malik olduğunu vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026