• Bakı 24° C

    6.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Ceyhun Bayramovdan vaksinlərlə bağlı ÇAĞIRIŞ

CƏMİYYƏT

04 Noyabr 2021 | 14:13 | Müəllif: Subhan Mahmudov

Ceyhun Bayramovdan vaksinlərlə bağlı ÇAĞIRIŞ

COVID-19-a qarşı mübarizəmizi sərtləşdirməliyik.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumu çərçivəsində “Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.

C.Bayramov bildirib ki, Azərbaycan həm yerli, həm də qlobal səviyyədə pandemiyaya qarşı səmərəli mübarizə aparır: “Bütün dünya bu istiqamətdə səylərini birləşdirməlidir. Prezident İlham Əliyev bu barədə dünya ictimaiyyətinə mühüm çağırışlar edib. Pandemiya ilə mübarizədə mühüm vasitə olan vaksinlərin dünyada ədalətli paylanmasını təmin etməliyik”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026