• Bakı 21° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Çin: "BRİKS ölkələri çoxqütblü dünyaya töhfə verməlidir"

SİYASƏT

27 Sentyabr 2024 | 14:52

Çin: BRİKS ölkələri çoxqütblü dünyaya töhfə verməlidir

"BRİKS ölkələri bərabər və nizamlı çoxqütblü dünyaya və hər kəsin xeyrinə olacaq iqtisadi qloballaşmanın təşviqinə töhfə verməlidir". 

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu BRİKS ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxış edən Çinin xarici işlər naziri Vanq Yi deyib.

Onun sözlərinə görə, davamlı sülhə nail olmaq üçün ümumi təhlükəsizlik təmin edilməlidir:

"Heç bir ölkənin öz təhlükəsizliyini başqalarının təhlükəsizliyi hesabına təmin etmək hüququ yoxdur. BRİKS ölkələri inkişafı prioritet hesab etməli və inkişaf etməkdə olan ölkələrin yoxsulluğunun azaldılmasına çalışmalıdır. Bundan başqa, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı təcili ehtiyaclara diqqət yetirilməli, texnoloji inqilab və sənaye transformasiyası imkanlarından istifadə edilməlidir. Həmçinin Qlobal Cənub ölkələrinin iqtisadi qərarların qəbulunda və idarəetmədə tam iştirakı dəstəklənməlidir".

Gülşən Şərif
 


SON XƏBƏRLƏR