• Bakı 25° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8768

    RUB - 0.0188

Çin nümayəndəsindən ABŞ-yə: "İsraili məcbur edin"

DÜNYA

14 Avqust 2024 | 15:44

Çin nümayəndəsindən ABŞ-yə: İsraili məcbur edin

"ABŞ İsraili Qəzzada hərbi əməliyyatlarına və dinc sakinlərin öldürülməsinə son qoymağa məcbur etmək üçün səmimi və məsuliyyətli addımlar atmalıdır".

 Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki və Fələstindəki vəziyyətlə bağlı keçirdiyi brifinqdə çıxış edən Çinin Birləşmiş Millətlər Təşkilatındakı səfiri Fu Konq deyib.

O, İsrailin Qəzza şəhərində Əl-Tabain məktəbinə hücumu və 100-dən çox fələstinlinin ölümünə səbəb olan hücumunu qətiyyətlə pisləyib:

"Əhali və mülki infrastruktur hərbi əməliyyatların hədəfi olmamalıdır. Bu, beynəlxalq humanitar hüquqa uyğun olaraq qırmızı xəttdir. Çox sayda mülki şəxsin sığındığı məktəblərə hücum etmək iyrənc bir hərəkətdir. Atəşkəsin dərhal bağlanması Qəzza xalqının istəyidir".

Səfir vurğulayıb ki, Qəzzada münaqişənin nəticələri getdikcə daha sürətlə yayılır və Yaxın Şərqdə vəziyyət çox təhlükəlidir. Çünki məsuliyyətsiz təxribatlar və avantürizm dayanmır. 

"Vəziyyətin pisləşməsinin və gərginləşməsinin qarşısını almağın açarı Qəzzada gecikmədən hərtərəfli və davamlı atəşkəsə nail olmaqdır. Ən böyük silah tədarükçüsü kimi Vaşinqton səmimi və məsuliyyətli addımlar atmalıdır, amma ABŞ-nin mövqeyi bunun tam əksidir", - deyə Fu Konq qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR