• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Çin və Cənubi Afrikadan Rusiya-Ukrayna münaqişəsinə MÜNASİBƏT

DÜNYA

03 Sentyabr 2024 | 09:59 | Müəllif: Gülşən Şərif

Çin və Cənubi Afrikadan Rusiya-Ukrayna münaqişəsinə MÜNASİBƏT

Ukraynadakı münaqişə siyasi yolla həll edilməlidir. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu, Çin prezidenti Si Cinpin və CAR prezidenti Siril Ramafosa arasında Pekində keçirilən danışıqların yekunları üzrə iki ölkənin birgə bəyanatında yer alıb.

Sənədə əsasən, hər iki tərəf inklüziv dialoq və sülh danışıqlarının böhranın davamlı həllini tapmaq üçün yeganə mümkün siyasi yol olduğunu açıqlayıb. Çin və Cənubi Afrika Rusiya və Ukraynanı hərbi əməliyyatların genişlənməsinin və eskalasiyasının qarşısını almağa, eləcə də alova su tökməyə çağırıb.

Qeyd edək ki, avqustun 29-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya  Ukrayna ilə danışıqlar masası arxasına oturmağa həmişə hazır olub, lakin Kursk vilayətində hücumdan sonra bu barədə danışmaq artıq aktual deyil.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026