Çində içərisində 51 sərnişin olan avtobus çaya aşıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, insident Çinin Hebey əyalətində baş verib.
Məlumata əsasən, “Jingye” şirkətinin əməkdaşlarını daşıyan avtobus naməlum səbəblərdən çaya aşıb. Bildirilir ki, hələ ki, 51 nəfərdən yalnız 38-ni xilas etmək mümkün olub. 13 nəfər itkin düşmüş hesab edilir.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Nuranə Daxilqızı
















