Çilidə zəlzələ qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, episentr 227 min nəfərin yaşadığı İkike şəhərindən 85 km şimal-şərqdə yerləşib. 5.8 maqnitudalı yeraltı təkanların ocağı 103 km dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.