• Bakı 10° C

    5.02 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Çinin öz “Vagner”i olacaq

CƏMİYYƏT

12 Yanvar 2024 | 10:37

Çinin öz “Vagner”i olacaq

"ABŞ Qırmızı dənizdəki ticarət gəmilərini qorumaq məqsədilə formalaşdırdığı ittifaqa daha çox dövləti cəlb etməyə çalışır".

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, ABŞ bu ittifaqda hətta münasibətləri soyuq olan ölkələri də görmək istəyir: "Çünki söhbət bir çox dövlətə aid ticarət gəmilərin təhlükəsizliyindən gedir. Çin də Qırmızı dəniz üzərindən idxal-ixrac əməliyyatları həyata keçirir. Buna baxmayaraq, Pekin ABŞ-ın Qırmızı dənizdə formalaşdırdığı ittifaqa qoşulmayıb. Çinin hərbi gəmiləri Qrımızı dənizdə patrul xidməti göstərmirlər. Çinin Baş Qərargah rəisi Lyu Çjenli əksinə ABŞ administrasiyasına məsləhət görüb ki, Çinlə bağlı açıqlamalarında diqqətli olsunlar. Çinli general amerikalı rəsmilərin Tayvan və Çinin artan hərbi gücü barədə açıqlamalarından narazı qalıb".

Onun sözlərinə görə, buna baxmayaraq, Pekinin Vaşinqtondan xahişi də olub: "Pekin Çinin Arktikada qazın nəqli ilə məşğul olan iki şirkətinin sanksiya siyahısından çıxarılmasını xahiş edib. Həmin iki şirkət ABŞ layihələrində də iştirak edirdilər. Bu arada, “South China Morning” dərgisində yayımlanan məqalədə Çinin özəl mühafizə şirkətlərin yaratmaq istəyi göstərilib. Çin bu şirkətlər vasitəsilə dünyanın müxtəlif ölkələrindəki yatırım qoyduğu müəssisələrini qorumaq istəyir. Söhbət Çinin Afrika və Latın Amerikası ölkələrindəki yatırımlarından gedir. Pekini bu qərara gəlməyə məcbur edən səbəblər arasında Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlik göstərilib. Çinin mühafizə şirkətləri xarici ölkələrdə çalışan çinliləri, həm də avadanlıqları qorumalıdır".

"Dünyanın müxtəlif ölkələrində Çin kaptialına bağlı 47 min şirkət fəaliyyət göstərir. Bu şirkətlər əsasən enerji, infrastruktur tikintisi, istehsal və faydalı qazıntılar sahələrində ixtisaslaşıblar. Gərginliklər Mərkəzi Asiyadakı birgə müəssisələrdə də tez-tez qeydə alınır. Bəzu hallarda yerli işçilərlə gəlmə çinlilər arasında toqquşmalar baş verir. Ancaq Mərkəzi Asiya ölkələrinin öz ərazilərində Çinin mühafizə şirkətlərinə fəaliyyət göstərmələrinə icazə verməsi çətindir. Çünki yerli işçilər Çinin mühafizə şirkətlərinin əməkdaşları ilə də toqquşa bilər. Bu isə daha böyük gərginlik yaradacaq. Latın Amerikası ilə Afrika ölkələrinin də Çinin mühafizə şirkətlərinə yaşıl işıq yandıracaqları sual doğurur", deyə E.Şahinoğlu qeyd edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026