• Bakı 11° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Cinpin və Bayden görüşəcək

DÜNYA

10 Noyabr 2023 | 18:22

Cinpin və Bayden görüşəcək

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) zirvə toplantısında iştirak etmək üçün ABŞ-a səfər edəcək və ABŞ prezidenti Cozef Baydenlə görüşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, ÇXR Sədri Si Cinpin ABŞ Prezidenti Cozef Baydenin dəvəti ilə noyabrın 14-17-də San-Fransiskoda səfərdə olacaq və liderlər noyabrın 15-də görüşəcək

Bu, ötən ilin noyabrında G20 qrupunun İndoneziyadakı zirvə toplantısı çərçivəsində keçirilmiş Si-Bayden görüşündən sonra liderlərin ilk görüşü olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026