• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mərkəzi Bankdan “çirkli pulları” yuyan məşhur azərbaycanlı ilə bağlı AÇIQLAMA 

GÜNDƏM

12 Iyul 2021 | 16:47

Mərkəzi Bankdan “çirkli pulları” yuyan məşhur azərbaycanlı ilə bağlı AÇIQLAMA

Azərbaycan cüdoçusu, milli komandamızın keçmiş üzvü Elmar Qasımovun İnstaqram hesabında paylaşdığı videolar tənqid edilib.

Bir müddət əvvəl balkondan küçəyə pul səpələyən və bunu videoya çəkərək sosial media hesabından paylaşan idmançı bu dəfə yerli və xarici valyutada olan əskinasları yuyub. 

Məsələ ilə bağlı Bakıvaxtı.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) göndərdiyi informasiya sorğusuna cavab verilib.

Cavabda bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq, milli pul nişanımız olan Azərbaycan manatı ölkə ərazisində yeganə rəsmi tədavül vasitəsidir. 

“Milli pul nişanları ölkəmizin suverenliyinin, mədəniyyətinin və iqtisadi gücünün önəmli simvollarından biri hesab olunur.

Bildirmək istərdik ki, Mərkəzi Bank tərəfindən elan edilmiş “Tədavüldə təmiz pul siyasəti” çərçivəsində dövriyyədə olan pul nişanlarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə pul nişanları Mərkəzi Bankın yüksək texnoloji sistemlərində emal olunaraq, tədavülə yararlı pul nişanları təkrar dövriyyəyə buraxılır, tədavülə yararsız pul nişanları isə dövriyyədən çıxarılır.

Sözügedən videoya gəldikdə isə bildiririk ki, milli pul nişanlarımızla bu cür qeyri-etik davranış və belə halların sosial şəbəkələrdə yayılması ictimai qınağa səbəb olmalıdır. Bu baxımdan, hər bir vətəndaşı milli pul nişanlarımıza hörmətlə yanaşmağa və təyinatı üzrə istifadə etməyə çağırırıq”,-deyə AMB-dan bildirilib.  

Ramid İbrahimov


Mərkəzi Bankdan “çirkli pulları” yuyan məşhur azərbaycanlı ilə bağlı AÇIQLAMA
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026