• Bakı 11° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

ÇL-da 100-dən çox qol vuran üçüncü futbolçu oldu

İDMAN

27 Noyabr 2024 | 11:25

ÇL-da 100-dən çox qol vuran üçüncü futbolçu oldu

İspaniyanın "Barselona" klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub.

Bakıvaxtı.az xəbər verir ki, 36 yaşlı hücumçu buna Liqa mərhələsinin V turunda Fransa təmsilçisi "Brest"lə matçda dubl etməklə nail olub.

Beləliklə, polşalı forvard qitənin bir nömrəli klub turnirində 101-ci dəfə fərqlənib.

Əvvəllər yalnız Kriştianu Ronaldu (140) və Lionel Messi (129) 100 qol səddini keçib.

Qeyd edək ki, "Barselona" rəqibini 3:0 hesabı ilə üstələyib.


SON XƏBƏRLƏR

13 Mart 2025