• Bakı 21° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Con Ardilli İlham Əliyevin qəbulunda - FOTO - YENİLƏNİB

SİYASƏT

02 Iyun 2025 | 16:31

Con Ardilli İlham Əliyevin qəbulunda - FOTO - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 2-də “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardilli qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, Con Ardill “ExxonMobil” şirkətinin rəhbəri Darren Vudsun salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirin, onun da salamlarını şirkətin rəhbərinə çatdırmağı xahiş edib.

Görüşdə “ExxonMobil” şirkətinin Azərbaycanda uzunmüddətli fəaliyyəti, o cümlədən “Azəri-Çıraq-Günəşli” layihəsində səhmdar qismində iştirakı qeyd olunub.

Ölkəmizin neft-qaz potensialının reallaşdırlması istiqamətində SOCAR ilə “ExxonMobil” arasında bu gün imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu barədə Azərbaycan Prezidentinə məlumat verilib.

Qonaqlar Azərbaycanda neft-qaz, enerji sahələrinin inkişafı üçün mövcud olan münbit şəraiti xüsusilə qeyd ediblər.

***

13:35

Prezident İlham Əliyev iyunun 2-də “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardilli qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.


Con Ardilli İlham Əliyevin qəbulunda - FOTO - YENİLƏNİBCon Ardilli İlham Əliyevin qəbulunda - FOTO - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026