• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

CƏMİYYƏT

12 Noyabr 2021 | 18:38 | Müəllif: Subhan Mahmudov

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38082 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5032, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9580, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23470 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10021688, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5012689, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4464036, buster doza üzrə vaksinasiya olunanların sayı isə 544963 təşkil edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026