• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Cüdoçularımız Böyük Dəbilqəni 2 medalla başa vurublar

İDMAN

26 Mart 2023 | 16:34 | Müəllif: Subhan Mahmudov

Cüdoçularımız Böyük Dəbilqəni 2 medalla başa vurublar

Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqə turnirini 2 medalla başa vurublar.

Bakıvaxtı.az xəbər verir ki, yarışın son günündə milli komandanın iki üzvü - Vüqar Talıbov və Camal Qamzatxanov tatami üzərinə çıxıb.

90 kq-da çıxış edən Talıbov startda Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Aram Qriqoryana uduzaraq, mübarizəni dayandırıb.

100 kq-dan yuxarı çəkidə yer alan Camal Qamzatxanov isə ilk görüşündə gürcüstanlı İrakli Demetraşvilini üstələsə də, 1/4 finalda kubalı Eddi Qrande ilə bacarmayıb. Amma rəqib finala çıxdığından Azərbaycan cüdoçusu təsəlliverici qarşılaşmalara qatılmaq hüququ qazanıb. Özbəkistanlı Şohruxon Baxtiyorova məğlub olan Qamzatxanov yekunda 7-ci yeri tutub.

Qeyd edək ki, Azərbaycan yığmasına medalları kişilərdən Turan Bayramov (60 kq), qadınlardan isə Gültac Məmmədəliyeva (52 kq) qazandırıblar. Onlar müvafiq olaraq fəxri kürsünün 1-ci və 3-cü pilləsinə qalxıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026