• Bakı 24° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Şahmatçımız dünya ikincisi oldu

İDMAN

25 Aprel 2023 | 11:31

Şahmatçımız dünya ikincisi oldu

Yunanıstanın Rodos şəhərində 17 yaşadək məktəblilər arasında şahmat üzrə dünya çempionatı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, başa çatan yarışda Azərbaycan təmsilçisi Süleyman Süleymanlı uğurlu çıxış edib.

Həmyerlimiz yarışda 7 xal toplayaraq gümüş mükafata yiyələnib. O, dünya çempionu olan türkiyəli Adar Tarhandan cəmi yarım xal az toplayıb. Üçüncü sırada isə 6,5 xalla Andrey Filip (Rumıniya) qərarlaşıb.

Qeyd edək ki, dünya çempionatında 51 ölkənin şahmatçısı mübarizə aparıb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026