• Bakı 8° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Cümə” məscidində eyni vaxtda neçə nəfər namaz qıla bilər?

CƏMİYYƏT

20 Aprel 2023 | 14:38

“Cümə” məscidində eyni vaxtda neçə nəfər namaz qıla bilər?

Bakının Nərimanov rayonundakı “Cümə” məscidində aparılan əsaslı təmirdən və rekonstruksiyadan sonra eyni vaxtda 600-ə yaxın insan ibadət edə biləcək.

Bakıvaxtı.az  xəbər verir ki, məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, "Cümə" məscidi 1998-ci ildən fəaliyyətə başlayıb. İllər ötdükcə bina tədricən qəzalı vəziyyətə düşüb. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə bu məsciddə əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. İşlər yüksək səviyyədə həyata keçirilib və bu ilin aprel ayında başa çatdırılıb.

Aprelin 20-də “Cümə” məscidinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR