• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Daha 3 nəfər silahları polisə təhvil verdi

CƏMİYYƏT

09 Yanvar 2024 | 20:27 | Müəllif: Subhan Mahmudov

Daha 3 nəfər silahları polisə təhvil verdi

Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə müraciət edən Yeni Günəşli və Zığ qəsəbəsində yaşayan 3 nəfər dünyasını dəyişən qohumlarından qalan qanunsuz saxladıqları ümumilikdə 3 ədəd ov tüfəngini könüllü olaraq bölmə əməkdaşlarına təhvil veriblər.

Əhalidə saxlanılan qanunsuz odlu silahların təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün hər 3 vətəndaşa təşəkkür edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026