• Bakı 19° C

    3.52 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Daha bir mikroavtobus qəzası: Xəsarət alanlar var

HADİSƏ

25 May 2022 | 09:16 | Müəllif: Qalib İbrahimoğlu

Daha bir mikroavtobus qəzası: Xəsarət alanlar var

Qaxda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə ötən gecə Qax-Zaqatala avtomobil yolunun rayonun Ləkit kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Bakıdan Zaqatala istiqamətində hərəkət edən “Vito” markalı sərnişin daşıyan avtomobil qəzaya düşüb ("qafqazinfo.az"). Qəza zamanı avtomobilin sürücüsü yüngül xəsarət alsa da, maşında olan sərnişin - Zaqatala rayonu Yuxarı Tala kənd sakini, 2001-ci il təvəllüdlü Şabanlı Safiya Aydın qızı aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daha sonra isə yaralı Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026