Həyatda bir çox fərqli insanla qarşılaşa bilərsiniz. Hər kəsin münasibəti və üslubu ilə mübarizə aparmaq asan deyil.
Ömrünüz boyu təvazökar, qorxaq və zəif qalsanız, sizi aşağılayan insanlarla daim mübarizə aparmalı olacaqsınız. Uğurlu olmaq üçün zehni və emosional cəhətdən güclü olmalısınız.
Ortaya çıxan problemlər qarşısında dik durmaq üçün duyğu və düşüncələrinizi gücləndirməlisiniz. Dözümlü olduqda qarşınıza çıxan maneələrlə mübarizə aparmaq da daha asan olur.
Bakıvaxtı.az xarici mediaya istinadən güclü olmağın 6 qızıl qaydasını təqdim edir
1. Emosiyalarınızı idarə edin
Güclü olmaq üçün duyğularınızı idarə etməli, ağılla hərəkət etməyə üstünlük verməlisiniz. Əgər ağlınız sizi hansısa şəkildə bir şey edə bilməyəcəyinizə inandırıbsa, mütləq bu düşüncəni aradan qaldırın və emosiyalarınızı idarə etməyə diqqət edin.
2. Yeni hədəflər qoyun
Əgər əvvəlki hədəfləriniz artıq sizi motivasiya etmirsə, daha yaxşı fəaliyyət göstərməyə həvəsləndirəcək yeni hədəflər qoymağa çalışın. Yeni hədəflər təyin etmək bacarıqlarınızı qiymətləndirmək və daha güclü olmaq üçün əla bir yol ola bilər.
3. Məsuliyyətli olun
Siz həmişə oturub necə inkişaf etməyin yollarını oxuya bilməzsiniz. Buna uyğun hərəkət etməyə başlamaq lazımdır. Daha yaxşı ağıl və emosional nəzarətlə yeni hədəfinizi inkişaf etdirə bilərsiniz. Ağlınızı işə sala bilmək üçün məsuliyyəti öz üzərinizə götürün. Yeni planlarınızı həyata keçirmək üçün mümkün qədər tez hərəkətə başlayın.
4. Risk edin
Həyatınızda risk edə bilmirsinizsə, düzgün irəliləyə bilməzsiniz. Çətinliklər böyüməyə, səhvlərinizi dəf etməyə kömək edir ki, daha güclü olasınız. Bu, növbəti səviyyəyə keçməyə və mümkün qədər çox fürsəti ələ keçirməyə imkan verir. Ona görə də, heç vaxt risk etməkdən qorxmayın.
5. Səhv etməkdən qorxmayın
Əgər səhv etsəniz, narahat olmayın. Hər kəs səhv edir. Etdiyiniz səhvlər sizi daha da təkmilləşdirir. Nə qədər çox səhv etsən, bir o qədər çox şey öyrənirsən. Etdiyiniz səhvlər zəif tərəflərinizi tapmağınıza kömək edir. Bu yolla özünüzü daha asan dəyişməyi və təkmilləşdirməyi öyrənə bilərsiniz.
6. Keçmişi unudun
Keçmişiniz yaxşı imkanlara sahib olmağınıza mane olur. Keçmişdə sizi incidən şeyləri unutduğunuz zaman özünüzü azad hiss edəcəksiniz. Beləliklə, yeni həyata daha asan başlaya bilərsiniz. Keçmişi geridə qoymaq daha yaxşı günlərə yol açmağa kömək edir.
Ay Tac





jpg-1697878978.webp)









