• Bakı 17° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Dang qızdırması: Ölənlərin sayı artır

CƏMİYYƏT

16 Aprel 2024 | 10:02

Dang qızdırması: Ölənlərin sayı artır

İndoneziyada dang qızdırmasına yoluxanların sayı 62 min nəfəri ötüb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Məlumata görə, xəstəlik səbəbindən həyatını itirənlərin sayı 475-ə çatəb.

 Müvafiq olaraq, 2023-cü ilin eyni dövründə yoluxma sayının 174,9 faiz, xəstəlikdən ölənlərin sayının isə 179,4 faiz artdığı bildirilib. Səhiyyə Nazirliyi xəbərdarlıq edib ki, son vaxtlar ağcaqanadların çoxaldığı ərazilərin dezinfeksiya və təmizlənməsinə diqqət yetirilməlidir.

Xatırladaq ki, İndoneziyada 2016-cı ildə 1598, 2017-ci ildə 493, 2018-ci ildə 344, 2019-cu ildə isə 917 nəfər dang qripindən ölüb. 2023-cü ilin ilk 15 həftəsində ölkədə dang qızdırmasına yoluxanların sayı 22 min 551, ölənlərin sayı isə 170 nəfər olub.

Tropik və subtropik bölgələrdə baş verən dang qızdırması virusu insanlara ağcaqanadlar vasitəsilə ötürülür. İnkubasiya dövründən sonra yüngül qızdırmaya səbəb olan xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər. İyun, sentyabr, dekabr və mart ayları kimi yağışlı aylarda xəstəlik daha da artır. Alimlər xəbərdarlıq edir ki, yüksək temperatur və uzun sürən yağışlar malyariya və dang qızdırması daşıyan ağcaqanadların artmasına səbəb olur. Xəstəliyə səbəb olan ağcaqanad növləri su hövzələrində sürfələr yaratdığından, xüsusilə sənaye ərazilərindəki zibilliklərin daim dezinfeksiya edilməsinə ehtiyac var.

Ay Tac


SON XƏBƏRLƏR