• Bakı 17° C

    7.15 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Daşqınlar İranı cənginə aldı

DÜNYA

25 Aprel 2024 | 16:14

Daşqınlar İranı cənginə aldı

İranın bir sıra əyalətində iki gün öncə başlayan leysan yağışları nəticəsində yaranan daşqınlar böyük fəsadlar törədib.

Bakıvaxtı.az bu barədə “Azad İran” “Telegram” kanalına istinadla xəbər verir.

Məlumata görə, daşqınlar yaşayış evlərini uçurub, yolları bağlayıb.

İranın Qızıl Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatın rəhbəri Babək Mahmudi bildirib ki, son 48 saatda 1300-dən çox insan daşqınlardan zərər çəkib.

Aprelin 23-dən etibarən İsfahan, Tehran, Cənubi Xorasan, Simnan, Sistan və Bəluçistan, Fars, Qum, Gülüstan, Mazandaran, Kerman və Yəzd əyalətində leysan yağışları daşqınlara səbəb olub.

Mina Mikayılova


SON XƏBƏRLƏR

04 May 2024