• Bakı 21° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Deputat ekspertin təklifini dəstəklədi: ƏDV-lər...

CƏMİYYƏT

23 Sentyabr 2022 | 14:22

Deputat ekspertin təklifini dəstəklədi: ƏDV-lər...

“Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin toplantısı olub. Toplantıda deputat, hörmətli Vahid Əhmədov REAL Partiyasının adını çəkməsə də 3 ay əvvəl səsləndirdiyimiz təklifi dəstəkləyərək ərzaq məhsullarında ƏDV-ni 18%-dən 2%-ə endirilməsi fikrini dəstəkləyib, həm də ərzaq məhsullarına tədbiq edilən Gömrük Rüsumlarının azaldılmasını da məqbul sayıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Ekspert Vahid Əhmədova təşəkkür etdiyini bildirib:

“Ümid edirəm ki, 2023-cü ilin büdcə müzakirələri zamanı bu təklif reallaşacaq. Nəticədə ölkədə tüğyan edən ərzaq inflyasiyasının, qiymət artımının qarşısı alınacaq, bu isə əhalinin sosial vəziyyətinə müsbət təsir edəcək”.

N. Cəfərli xatırladıb ki, səsləndirdikləri təklifdə ölkədə satılan dərman preparatlarında da ƏDV-nin 2%-ə endirilməsi yer almışdı:

“Ümid edirəm ki, bu təklif də reallaşacaq, nəticədə vətəndaşın ərzaq və dərman xərcləri nəzərəçarpacaq dərəcədə yüngülləşəcək. Əgər hər iki təklif reallaşsa, bu gün marketlərdə kassada 50 manatlıq ərzağın üzərində 9 manat ƏDV ödəyiriksə, gələn ildən bu 1 manata enə bilər, yəni, dəyəri 50 manat olan ərzağa 59 manat deyil də, 51 manat, eyni qaydada, dəyəri 10 manat olan dərmana 11 manat 80 qəpik əvəzinə 10 manat 20 qəpik ödəyə bilərik”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR