• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Deputat qumbara PARTLATDI: ölən və yaralananlar var - YENİLƏNİB + VİDEO

DÜNYA

15 Dekabr 2023 | 19:58

Deputat qumbara PARTLATDI: ölən və yaralananlar var - YENİLƏNİB + VİDEO

Ukraynada 26 nəfərin xəsarət alıdğı terror aktının səbəbi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, partlayış törədən “Xalqın xidmətçisi” partiyasından olan 54 yaşlı deputat Sergey Batrin 2024-cü ilin büdcəsi qəbul edilməzdən əvvəl ötən ilki xərclər barədə hesabat tələb edib.

Partlayışdan az öncə o, digər deputatlarla mübahisə edərək Keretskov icmasının başçısına əməkhaqqının 50 %-i qədər artım və hər ay 100 % bonus verilməsini düzgün saymayıb.

Daha sonra Batrin zaldan çıxıb və üç qumbara ilə geri dönərək ona söz verilməsini tələb edib, bunun nəticəsiz qaldığını görərək sursatları işə salıb.

 

15:01

Ukraynanın Zakarpatiya vilayətində deputat kənd sovetinin iclası zamanı qumbaranı işə salıb.

Bakıvaxtı.az Gazeta.ru-ya istinadən xəbər verir ki, hadisə zamanı 26 nəfər yaralanıb.

Partlayışı törədən deputat ölüb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026