• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Deputatdan məscidlərdə tətbiq edilən say limitinə ETİRAZ

CƏMİYYƏT

14 Dekabr 2021 | 11:46 | Müəllif: Qalib İbrahimoğlu

Deputatdan məscidlərdə tətbiq edilən say limitinə ETİRAZ

Deputat Razi Nurullayev məscidlərdə tətbiq edilən say limitinə etiraz edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə deputat Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib: "Məscidlərdə tətbiq edilən say limiti dinlə məşğul olan insanları narahat edir. Onlar gündə üç dəfə dəstəmaz alırlar və daha gigiyenikdirlər, bu insanlar arasında məscidlərdə yoluxma faizi az ola bilər”.

Deputat Operativ Qərargahdan bu məsələyə müsbət yanaşılmasını istəyb: “Arzumdur ki, aidiyyatı orqanlar deputatların fikirlərinə münasibət bildirsin. Bir-birimizə qarşı hörmət mühitində işləyək ki, yersiz deyilən sözlər və açıqlamalar münasibətlərimizi gərginləşdirməsin".

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026