• Bakı 23° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

"Dərslər sentyabrın 1-dən başlasın" - Deputat

CƏMİYYƏT

22 Iyun 2022 | 12:45 | Müəllif: Qalib İbrahimoğlu

"Dərslər sentyabrın 1-dən başlasın" - Deputat

Deputat Fazil Mustada Azərbaycanda tədris ilinin sentyabrın 1-dən başlamasını təkif edib.

Bakıvaxtı.az-ın məlumatına görə,  Fazil Mustafa “2022-ci il üçün dövlət büdcəsinə dəyişikliklərin edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirdiyi təklifi əsaslandırıb. Deyib ki, avqustun 21-də müəllimlərin məzuniyyət dövrü bitir. Müəllimlər sentyabrın 15-ə qədər maaş alırlar: "Azərbaycan müəlliminə nə qədər maaş versək azdır. Amma sentyabrın 1-dən bu maaşı versək daha yaxşı olmazmı? Elə dərs dedikləri dövrün maaşını alsınlar”.

“Bizdə əsaslandırılar ki, sentyabrın 15-nə qədər havalar isti olur. Bu zehniyyətdə olan adamları Afrikada hansısa ölkəyə nazir olmağa göndərsəniz, onlar Afrikada tədrisi, ümumiyyətlə, qadağan edərlər ki, hava həmişə istidir. Ona görə də, mən həm də büdcə vəsaitlərin səmərəli xərclənməsi üçün bu təklifi vermişəm. Müəllimlər sentyabrın 1-dən məktəbə gedir, 15-nə kimi guya hazırlıq görür, amma boş-bekar oturub, maaş alırlar. Qoy elə dərs deyib maaş alsınlar da”, - Fazil Mustafa əlavə edib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR