“Ənənəvi ixtisaslara maraq əvvəlki illərdə olduğu kimi bu il də yüksəkdir”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlama verib.
O bildirib ki, əvvəlki illərdə olduğu kimi, bu il də ənənəvi ixtisaslara abituriyentlərin marağı yüksəkdir.
Məleykə Abbaszadənin sözlərinə görə, I və III ixtisas qruplarına daha çox müraciət qeydə alınıb:
“IV ixtisas qrupuna maraq nisbətən azdır. Lakin bu qrupu seçənlər arasında savadlı abituriyentlərin sayı daha çoxdur”.
Mina Mikayılova