• Bakı 10° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

DİN vətəndaşlara müraciət etdi

CƏMİYYƏT

11 May 2023 | 14:55

DİN vətəndaşlara müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) alqı-satqı saytlarındakı dələduzluqlarla bağlı vətəndaşlara müraciət edib.

DİN-in Mətbuat Mərkəzindən Bakıvaxtı.az-a daxil olan müraciətdə deyilir:

“Son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslər tərəfindən alqı-satqı saytlarında elan yerləşdirən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə və ya tətbiqlər vasitəsilə yazmaqla məhsulu alacağı vədini verərək guya pul köçürmək məqsədilə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.

Vətəndaşlarımızın nəzərinə bir daha çatdırırıq ki, belə şəxslərə inanıb kart məlumatlarını təqdim etməsinlər, kibercinayətkarlıqla üzləşdikləri təqdirdə isə DİN-in "102" Xidməti-Zəng Mərkəzinə, o cümlədən ərazi polis orqanına və ya sosial şəbəkələrdəki səhifələrimizə müraciət edə bilərlər”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026