• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Dinamo" Kiyevin futbolçusu "Sabah"la anlaşdı

İDMAN

05 Sentyabr 2023 | 10:12

"Dinamo" Kiyevin futbolçusu "Sabah"la anlaşdı

Ukraynanın “Dinamo” (Kiyev) klubunun futbolçusu Kahim Perris karyerasını Azərbaycanda davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu iddia ilə yerli “xsport.ua” saytı çıxış edib.

Bildirilib ki, Yamayka millisinin vingeri “Sabah”la anlaşıb. Klublar arasındakı razılığa əsasən, 23 yaşlı oyunçu bu mövsüm icarə əsasında bakılıların formasını geyinəcək. “Sabah” 2024-cü ilin yayında onu birdəfəlik transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, Kiyev “Dinamo”suna 2022-ci ilin yayında Sloveniyanın “Koper” klubundan keçən Kahim Perris ötən mövsüm 15 oyunda 3 qol vurub. Sağ cinah vingerinin ukraynalılarla müqavilə müddəti 2026-cı ilə qədərdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026